Almaniyada sərxoş "Şaxta baba" hədiyyələri çatdırarkən qəza törədib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, Mühlhauzen şəhərinin əsas küçəsində, şəhər kilsəsinin yaxınlığında olarkən idarəetməni itirərək evin qabağına və orada dayanan avtomobilə çırpılıb. 

Polis "Şaxta baba"nın sürücülük vəsiqəsini müsadirə edib. Araşdırma aparılır.

Seymur Əli