“Rusiya 2024-cü ildə MDB-yə sədrliyi dövründə təhlükəsizlik və sabitlik üzrə işləri konstruktiv şəkildə quracaq”.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Birlik ölkələrinin liderlərinin qeyri-rəsmi görüşünü açarkən deyib.

O, həmçinin qeyd edib ki, MDB ölkələri arasında tarixin saxtalaşdırılması və nasizmlə mübarizə məsələlərində əməkdaşlıq tələb olunur.

“Xüsusən də tarixi saxtalaşdırmaq və nasizmi qəhrəmanlaşdırmaq cəhdləri ilə mübarizədə Birlik üzvlərinin çox sıx əməkdaşlığı hələ də tələb olunur.

Onun sözlərinə görə, bu baxımdan Böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsinə həsr olunmuş “Ölməz alay”, “Müqəddəs Georgi lenti” və “Yaddaş qatarı” kimi rəmzi tədbirlərin keçirilməsini bundan sonra da davam etdirmək lazımdır.