Moskvanın Basmannı məhkəməsi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin keçmiş rəhbəri Dmitri Dovqi və Xabarovsk diyarının keçmiş qubernatorunun vəkili Sergey Furqalı dələduzluq işi üzrə qiyabi həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

“Moskvanın Basmannı məhkəməsi Leninqrad vilayətinin Vəkillər Kollegiyasının əvvəllər məhkum olunmuş vəkili Dovqiy Dmitri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanlarının vəsatətinə baxıb. Orada qeyd ediblər ki, ittiham Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “Cinayətə hazırlıq və cinayətə cəhd”, “Dələduzluq” maddələri ilə irəli sürülüb.

Məhkəmə əlavə edib ki, onlar Dovqinin Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi və ya ölkədə saxlandığı andan iki ay müddətinə həbs qətimkan tədbiri seçiblər. Jurnalistlərin məlumatına görə, Dovqi hazırda İsraildədir. O, 2021-ci ildən 2023-cü ilin fevralında sifarişli qətllərin təşkili ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilən Furqalın vəkilidir .