Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Ukraynada səfərbərlik haqqında qanunun  hazırkı variantını konstitusiyaya zidd adlandırıb və ona səs verməkdən imtina edib.

"Unikal" xəbər verir ki, o, “Strana.ua” qəzetinə açıqlamasında deyib.

"Batkivşina indiki formada səfərbərlik haqqında qanuna səs verməyəcək", - deputat bildirib.

Timoşenkonun sözlərinə görə, qanunun ölkə parlamentinə təqdim edilən hazırkı variantı Konstitusiyaya uyğun gəlmir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev ölkəni tərk etmiş 25-60 yaşlı ukraynalıları səfərbər etmək istəyir. İdarənin özü bu sözləri təkzib etməyə tələsdi. İddialara görə, alman mediası Umerovun açıqlamalarını yanlış şərh edib. Bununla belə, Avropadakı bəzi siyasətçilər ukraynalı kişi qaçqınların cəbhədə ölkələrinə kömək edə biləcəyi ilə razılaşırlar. Bild qəzetinin məlumatına görə, təkcə Almaniyada hərbi yaşda olan 190 minə yaxın ukraynalı yaşayır.