BMT-nin baş katibi Quterreş Hollandiyanın keçmiş xarici işlər naziri Kaaqı Qəzzaya humanitar yardımın təşkili və nəzarəti üzrə koordinator təyin edib. Bildirilib ki, Kaaq münaqişəyə cəlb olunmayan ölkələrin yardımını koordinasiya edən mexanizm yaradacaq.

"Unikal" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) cümə günü qəbul etdiyi 2720 saylı qətnamədə Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün Baş İnsani Yardım və Yenidənqurma Koordinatorunun təyin edilməsi tələbi ilə bağlı BMT Sözçüsü yazılı açıqlama verib.

Bəyanatda, Quterreşin Kaaqı “Qəzzaya humanitar yardımı təşkil etmək, asanlaşdırmaq və nəzarət etmək” vəzifəsinə təyin etdiyi və Kaaqın münaqişəyə qarışmayan ölkələrin yardımını koordinasiya etmək üçün də mexanizm yaradacağı qeyd edilib.

Açıqlamada Kaaqın diplomatiya, siyasi və humanitar yardım sahəsində təcrübəsi vurğulanıb və BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) onun işinə dəstək verəcəyi bildirilib.

Açıqlamada Kaaqın əvvəllər Xarici İşlər Nazirliyi də daxil olmaqla Hollandiya hökumətində yüksək vəzifələrdə çalışdığı bildirilib.

Kaaq holland, alman, fransız, ingilis, ispan və ərəb dillərini bilir.