Keniyanın Mombasa limanında yanacaq tankerində partlayış baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, gəmi Mombasanın Livatoni limanında lövbər salıbmış.

Partlayış nəticəsində bir nəfər yaralanıb. Gəmidəki yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Partlayışın çənlərdə qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.