Rusiyada iki qadını amansızcasına qətlə yetirən şəxs saxlanılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan qatilin Moskva sakini 37 yaşlı Aleksey Varakin olduğu öyrənilib.

Məlum olub ki, bunlar Varakinin ilk cinayətləri deyil. O, xüsusilə eskort qadınları hədəf alıbmış. Belə ki, sözügedən xanımların izinə düşən Varakin onları amansızcasına qətlə yetirib. 

İlk olaraq, Varakin 40 yaşlı Olqa Vorobyova adlı eskort qadınla tanış olub və onunla birlikdə hotelə gedib. Səhəri gün hotelin həyətində başı kəsilmiş qadının meyiti tapılıb. Bir gün sonra isə bu işlə məşğul olan 25 yaşlı Vlada Skitskayanın da meyiti kirayə qaldığı evdə tapılıb. 

Polisin axtarışından sonra hər iki cinayəti törətməkdə təqsirli bilinən Varakin saxlanılıb. Məlum olub ki,  o, 2010-cu ildə oxşar cinayət törədərək həbs həyatı yaşayıb.