Afrikanın Zimbabve adlı ölkəsində bu ilin yanvar ayından bəri vəba xəstəliyinə yoluxanların ümumi sayı 3 189-a yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Səhiyyə rəsmilərinin sözlərinə görə, virus ölkənin yeni bölgələrinə yayılıb.
Rəsmi məlumatlara görə, epidemiya əsasən Lusaka əyalətinin dörd rayonunda, o cümlədən paytaxtda müşahidə edilib, lakin vəba hazırda Zimbabvenin mərkəzi hissəsindəki digər bölgələrə də yayılıb.
Seymur Əli