Kiyev Rusiyanı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Qərb istehsalı olan zəhərli maddələrdən istifadə edərək növbəti təxribat planlaşdırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Buça haqqında heç bir şey yoxdur: adlar, doğum tarixləri, pasport məlumatları yoxdur. Bu, sadəcə mövcud deyil, çünki bütün bunlar təxribat idi. Kiyev rejimi bu dəfə də buna bənzər bir şey planlaşdırıb. Bundan sonra Birləşmiş Millətlər Təşkilatında və dünya mediasında ölkəmizi ittiham etmək üçün yeni kampaniyaya başlayacaqlar. Onların Qərb istehsalı olan zəhərli maddələrdən istifadə edərək növbəti anti-Rusiya təxribatı təşkil etmək istisna edilmir", - diplomat qeyd edib. 

Ağarza Elçinoğlu