Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində görüşü sülh müqaviləsi üzrə dialoqun təşviqi üçün bir fürsətdir.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, son vaxtlar İrəvan və Bakı sabitliyin bərqərar olması səylərini dəstəkləməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər: "Moskva da bu məsələdə kömək etməyə hazırdır, lakin öz vasitəçiliyini tətbiq etmir. Tərəfdaşlarımızın tezliklə sülh sazişini imzalaması bizim üçün çox vacibdir".
Ağarza Elçinoğlu