Sosial şəbəkələrdə “BakuBus” sürücüsünün avtobusu saxlayaraq namaz qıldığına dair görüntülər yayılıb.

"Unikal" xəbər verir ki, qurumun mətbuat katibi Əsmər Əliyevanın sözlərinə görə, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsir etməyib:

"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".