Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) əməkdaşları “İslam Dövləti” üzvlərinin yeni ilə qədər həyata keçirməyi planlaşdırdıqları terror aktının qarşısını uğurla alıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
MTK Cəlal-Abad şəhərində davam edən antiterror əməliyyatları zamanı “İslam Dövləti - Vilayət Xorasan” beynəlxalq terror təşkilatının azyaşlı üzvləri saxlanılıb. Onlar internet vasitəsilə işə cəlb olunublar və Cəlal-Abad şəhərinin mərkəzi meydanında əsas yolkanın yanında əldəqayırma partlayıcı qurğu yerləşdirməyi, həmçinin həmin şəhərdə yerləşən Müqəddəs Məryəm Məryəm kilsəsinə istiqamət üzrə hücum etməyi planlaşdırıblar.
Bildirilir ki, MTK-nın operativ tədbirlər sayəsində planlaşdırılan terror aktlarının qarşısını alınıb. Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.
Gülayə Mecid