Həll olunmayan məsələlərdən biri də Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan eksklavı arasında əlaqədir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın "The Guardian" nəşrinə açıqlamasında bildirib.
Elçin Əmirbəyovun sözlərinə görə, Azərbaycan və Naxçıvan arasında əlaqə həm milli təhlükəsizlik baxımından, həm də orta dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir: "Daha çox vaxt itirə bilmərik. Üç ildən sonra Ermənistan 42 km-lik yolun texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb.
Əlbəttə, biz Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizi (Zəngəzur dəhlizi - red.) güc və ya bu kimi üsullarla açmaq üçün oranı işğal edəcəyimizi söyləmək cəfəngiyyatdır. Beləliklə, biz İran vasitəsilə dəmir yolu və avtomobil yolu ilə əlaqə qurmaq üçün B planı olaraq İrana müraciət etdik".
Ağarza Elçinoğlu