"2023-cu il Azərbaycanın öz suverenliyinin tam bərpa etməsi ilə yadda qalıb".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bəzi dairələrin qərəzli mövqeyinin öhdəsindən gəlməyə imkan verib", - deyə nazir bildirib.
XİN rəhbəri qeyd edib ki, qonşu dövlətlərlə münasibətlər xarici siyasətimizdə xüsusi, prinsipial yerə malikdir: "İl ərzində qardaş Türkiyə, həmçinin Rusiya və Gürcüstanla ali səviyyədə baş tutan görüşlər və əldə olunmuş razılaşmaların praktik səviyyədə icrası ikitərəfli əməkdaşlığın inkişafını təmin edib. Cari ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu münasibətlərdə ciddi gərginliyə səbəb olub, səfirliyin heyəti təxliyə edilib. Buna baxmayaraq, münasibətlərin perspektivləri barədə müzakirələr davam etdirilib, yüksək səviyyəli təmaslar baş tutub".