Bu gün Şimal-Qərb bölgəsində əsən güclü külək Qax şəhərinin ərazisində bir sıra fəsadlar törədib.

"Unikal" xəbər verir ki, güclü külək beş mərtəbəli yaşayış binasının dam örtüyünü və yan hissələrini zədələyib.

Bundan başqa, bir supermarketin dam örtüyünü qoparıb və şüşələrini qırıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Seymur Əli