Fransa sahillərində  Panama bayraqlı “Quana” adlı gəminin texnikası yanıb.

“Unikal” "TRT Haber"ə istinadən bildirir ki, yanğın nəticəsində mühərriki yararsız hala düşən gəmidən 20 türk dənizçisinin Fransanın Brittani bölgəsi sahillərində xilas edilib.  

 Atlantik Dəniz Valiliyindən verilən açıqlamaya görə, gəmidəki türk dənizçilərin bir qismi hava, bir qismi isə dəniz yolu ilə təxliyə edilib. 

Zərifə Nağıyeva