İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Arsenal" səfərdə "Vest Hem"lə qarşılaşıb.
"Unikal" xəbər verir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 13-cü dəqiqəsində Tomaş Soucek hesabı açıb. Konstantinos Mavropanos 55-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Matçın sonunda Səid Benrahma penaltini yerinə yetirə bilməyib.
"Vest Hem" bu qələbədən sonra 33 xalla 6-cı pilləyə yüksəlib. "Arsenal" 40 xalla 2-ci pillədə qalıb.
İngiltərə Premyer Liqasının 19-cu turunun daha bir oyunu "Tottenhem" və "Brayton" arasında olub.
İtaliyalı Roberto De Dzerbinin rəhbərlik etdiyi komanda 4:2 hesablı qələbə qazanıb.
Bundan sonra "Tottenhem" 36 xalla 5-ci, "Brayton" 30 xalla 8-ci pillədə qərarlaşıb.
Ağarza Elçinoğlu