“Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası” təstiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq.