Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin qohumu Mixail Benimini Ermənistanda çağırış mərkəzləri – qlobal investisiya fırıldaqları şəbəkəsi işi üzrə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.  

Həm İsrail, həm də Gürcüstan vətəndaşı olan Benimini Almaniya prokurorlarının tələbi ilə saxlanılıb. İstintaq onun şəbəkənin Albaniyadakı filialına rəhbərlik etdiyindən şübhələnir.

Bildirək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən az sonra o, vəzifəsini tərk edərək şəxsi biznesə başlayıb.

Gülayə Mecid