Ukrayna müharibə başlayandan bəri bir dənə də olsun Rusiyaya məxsus X-22 raketini vura bilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat etiraf edib ki, hava hücumundan müdafiə sistemləri zəifdir: "X-22 raketi saatda 4 min kilometr sürətlə uçur, hədəfə ən çox ballistik trayektoriya ilə yaxınlaşır, ona görə də onun qarşısını almaq üçün xüsusi vasitələrə ehtiyac var".

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya qarşı kütləvi raket atışı həyata keçirib. 

Ağarza Elçinoğlu