Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.