Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Belə ki, Yevlax  Bərdə yolunun  köhnə Ağcabədi yolu adlandırılan hissəsində  Kəlbəcər rayon  sakini 1975-ci il təvəllüdlü  Yusifov Rövşən Şahverdi oğlunun idarəetdiyi Niva markaıı maşın idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.
Hadisə nəticəsində o ölüb.. 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Rövşən Yusifovun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.