Rumıniyada keçirilən  festivalda  yüzlərlə insan ayı dərilərində rəqs ediblər. 

”Unikal” “Associated Press”ə istinadən xəbər verir ki, “Ayı” adlı festival əsrlərdir ölkənin şimal-şərqində yaşayan insanlar tərəfindən qeyd edilir.

Belə ki, bu festivalın əhəmiyyəti ruminləri şər ruhlardan qoruyur və buna görə də onlar ayı dərisini geyinərək, rəqs edirlər. Bu adət hər dekabr ayında turistlərin izdihamını çəkən “Rəqs edən Ayılar Festivalı” kimi də tanınır.

Zərifə Nağıyeva