"Real" yanvar ayında PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün son cəhdini edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubunun rəhbərliyi futbolçuya 2022-ci ildə olduğu kimi şərtlər təklif edəcək. Mbappe "Real" ilə müqavilə imzalasa, vergilər çıxıldıqdan sonra illik 26 milyon avro maaş alacaq və imza bonusu olaraq 130 milyon avro da qazanacaq

Bu mövsüm Kilian Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 21 qol vurub və 2 qolun ötürməsini verib. Forvardın PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" internet portalına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.