Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan 25 milyon dram girov müqabilində həbsdən azad ediləcək.

"Unikal" xəbər verir ki, Qalstyan 2021-ci ildə həbsdədir. 

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2018-2020-ci illərdə müdafiə naziri vəzifəsini tutmuş Davit Tonoyan və Davit Qalstyan 4,7 milyon dollara yaxın pul mənimsəməkdə və saxtakarlıqlarda, ictimai təhlükəli hərəkətlərdə, döyüş sursatlarının tədarükü prosesində sui-istifadə etməkdə ittiham olunurlar. 

Bir neçə ay əvvəl Qalstyanın müdafiəçiləri generalın səhhətinin pisləşdiyini, daxili məhkəmələr Qalstyan barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirməsə, onların AİHM-ə müraciət edəcəyi istisna etmirdilər. Müdafiə tərəfinin sözlərinə görə, ittiham tərəfinin Qalstyanı həbsdə saxlamağa faktiki əsası yoxdur və məhkəmənin qərarı siyasi motivlərə əsaslanıb.