Voloqda vilayətinin deputatı Qordeyev Yeni il hədiyyəsi olaraq həmkarlarına yumurta verib.

"Unikal" xəbər verir ki, siyasətçinin sözlərinə görə, belə bir hədiyyə ilə işçilərini sevindirmək istəyib.

“Niyə ancaq yumurtaları deyirsiniz? Əsas hədiyyənin hər cür qoz-fındıqdan bir kiloqram olduğunu görmədiniz. Yumurtalar isə sadəcə əylənmək, Yeni il qabağı insanları şənləndirmək üçündür”, deyə o, açıqlamasında bildirib.