Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumunun arxasında Böyük Britaniya dayanır.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğa düçar olduğunu anlayaraq, ABŞ-la koordinasiyada Kiyev rejimini terror aksiyalarına təhrik edən terror aktının arxasında Böyük Britaniya dayanır", - deyə Zaxarova bildirib.

Zaxarova vurğulayıb ki, “Ukrayna Silahlı Qüvvələrinin “yerdə” acınacaqlı vəziyyətini yaxşılaşdırmaq üçün zərrə qədər şansı olmadığı halda, anqlosakslar dinc əhaliyə qarşı terror hücumları həyata keçirmək taktikasına keçiblər”.

Nuranə Abbasova