Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.

*** 22:17

Gəncədə 4 mərtəbəli yaşayış binasında yanğın olub, 16 nəfər təxliyə edilib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib. Həmin ünvanda yerləşən binada yanğın olub. Bina sakinləri təxliyə edilib.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir.

Tural Əhmədov