İtaliya çempionatının 18-ci turu çərçivəsində “Milan” doğma divarlar arasında “Sassuolo”nu qəbul edib.
"Unikal" xəbər verir ki, oyun “Milan”ın minimal hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada yeganə qolu 59-cu dəqiqədə “Milan”ın yarımmüdafiəçi Kristian Pulişiç vurub.
Bu qələbədən sonra 36 xal toplayan “Milan” A Seriyasında 3-cü sırada qərarlaşıb.