Gəncədə piyadanın ölümü  ilə nəticələnən ağır  yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını piyada 1976-cı il təvəllüdlü İlkin Abdullayevi vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov