"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 15-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda səfərdə "Kasa Pia" ilə qarşılaşıb. Matç "Braqa"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 32-yə çatdıran klub turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Turnir cədvəlinə 37 xalla "Sportinq" başçılıq edir.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.