Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, xəsarət alan olmayıb və gəmi üzən vəziyyətdə qalıb. Dəymiş ziyanın miqdarı barədə məlumat verilmir.