Türkiyənin Hakkari şəhərində ard-arda zəlzələlər olub.

"Unikal" xəbər verir ki, Türkiyə vaxtı ilə saat 19.37-də 4,4 bal, 19.52-də 3.5, 20.06-da isə 4.5 bal gücündə zəlzələ olub.

Zəlzələlərin episentri Yüksekovada 7 kilometr dərinlikdə yerləşib. İnsanlar evlərini tərk ediblər.