Bütün ölkədə atəşfəşanlığa qadağa qoyulmasına baxmayaraq, naməlum şəxslər Kiyevdə hava hücumu zamanı atəşfəşanlıq ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Atəşfəşanlıqdan biri Kiyevin cənub-şərqindəki Osokorki yaşayış massivində olub.
Qeyd edək ki, Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Kiyevdə iki saata yaxındır ki, xəbərdarlıq siqnalları işə düşüb.