2019-cu ildə yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsi 8 dekabr 2024-cü ildə yenidən ziyarətçilərin üzünə açılacaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yeni il münasibətilə fransızlara müraciətində deyib.

Notr-Dam kilsəsi öz qapılarını 2024-cü il dekabrın 8-də açacaq. Fransa üçün bu, onun bərpasında iştirak edən hər kəs üçün qürur ili olacaq", - deyə Makron bildirib.

Qeyd edək ki, Notr-Damın təməli 1163-cü ildə VII Lüdovik dövründə qoyulub.