Yeni il ərəfəsində Rusiya prezidenti Vladimir Putin hərbi birləşmələrin komandirlərini təbrik edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezident Putin qoşun qruplarının komandirlərini Yeni il ərəfəsində təbrik etdi”, - deyə o bildirib. Peskovun sözlərinə görə, söhbət cənub, mərkəzi, qərb, şərq, eləcə də Xerson və Zaporojye istiqamətlərindəki hərbi birləşmələrin komandirlərindən gedir.

Peskovun sözlərinə görə, Putin onları telefonla təbrik edib.