"Real"ın baş məşqçisi Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
"Unikal" xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis "Madrid Universal"a açıqlamasında bu barədə danışıb.
O bildirib ki, “Real" son iş yeridir, bunu təsdiq edir: "Sonun nə vaxt gələcəyini isə bilmirəm. 2026-cı ildən sonra uğur qazansaq, qala bilərəm. 2026-cı il məşqçilik karyeramın son ili ola da bilər, olmaya da. Mən məşqçi işini sevirəm və ümid edirəm ki, 2027 və 2028-ci illərdə də işimə davam edəcəm. Madridi bəyənirəm, burada qalmaq istəyirəm”.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun rəhbərliyi altında komanda 2021/2022 mövsümündə İspaniya çempionatının, ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.