Əməkdar artist Aygün Bəylərin nəşi dəfn olunmaq üçün ailəsinə verilib.
"Unikal" xəbər verir ki, müğənni sabah dəfn olunacaq.
*** 18:23
Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi yanvarın 7-də Azərbaycana gətirilib.
"Unikal" xəbər verir ki, mərhumun nəşi ailəsinə təhvil verilib.
Qeyd edək ki, sənətkar yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edib. O, uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.
*** 17:28
Mərhum Əməkdar artist Aygün Bəylərin cənazəsi Vətənə gətirilib.
“Unikal” həmin görüntüləri təqdim edir:
Fotolar: Ayxan Malikov