Türkmənistan və Azərbaycan iki ölkə arasında İran vasitəsilə qaz mübadiləsinin dayandırılmasına səbəb olan problemin həlli üçün danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkəti (NIGC) açıqlayıb.
Qeyd olunub ki, qaz mübadiləsinin dayandırılması müvəqqətidir və problem həll edildikdən sonra ötürülmə bərpa olunacaq.
2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli sazişə əsasən, İran Türkmənistandan aldığı qazı 2022-ci ilin yanvarında Azərbaycana nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tutur.
Üçtərəfli razılaşma İrana xüsusilə qışda şimal əyalətlərini qazla təmin etməyə də kömək edir.
Ağarza Elçinoğlu