Şəkidə 3 otaqlı evdə yanğın baş verib.
FHN-dən "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə, aynabəndin tavanı 3 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.