Azərbaycan ordusunda yenilik
20:02 26-04-2013
İQTİSADİYYAT
Azərbaycan ordusunda yenilik
Peşəkar ordu quruculuğuna keçidin astanasında
Azərbaycan ordusu artıq daha aktiv şəkildə beynəlxalq qurumlarla əməkdaşlığa start verib. Bir müddət öncəyə qədər NATO ilə münasibətlərin soyuması səbəbindən birgə hərbi təlimlər keçirilmirdisə indi bu istiqamətdə ciddi aktivliklər müşahidə olunmaqdadır. Belə ki, bir ay ərzində iki təlim olub və qarşıda daha ciddi təlimlər var.
Bu baxımdan Gürcüstan-Azərbaycan-Türkiyə birgə hərbi təlimini xüsusi qeyd etmək lazımdır. Həmçinin ABŞ ordusu ilə də birgə lokal təlimlər qarşıdadır. Bütün bunlar isə sözsüz ki, Azərbaycan ordusunun NATO standartlarına cavab verməsi üçün çox vacibdir. Yeri gəlmişkən vurğulayaq ki, Azərbaycan NATO ilə birlikdə antiterror aksiyalarında da aktiv iştirak edib. Tək bunu demək kifayətdir ki, Azərbaycan 5 ildən çox İraqda və bir o qədər də Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib. Amma Azərbaycanın bu blokda əsas funksiyası mühafizə ilə məşğul olmaq idi və əsasən Türkiyə hərbi birləşmələrinin daxilində fəaliyyət göstərirdi. Amma Azərbaycan artıq yeni mərhələyə keçməyə hazırlıq görür. Belə ki, Azərbaycanın beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən sülhməramlı qüvvələri sülhün təminatı, yaradılması və hərbi əməliyyatlarda iştirak mərhələsinə keçəcək.
Milli Məclisdən verilən məlumata görə, bu məsələ "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanuna ediləcək dəyişikliklər zamanı müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Azərbaycanın sülhməramlı qüvvələrinə beynəlxalq miqyasda hərbi əməliyyatlara qoşulma, döyüş əməliyyatlarında birbaşa iştirak hüququ və beynəlxalq alyansın təyin etdiyi ərazidə nəzərdə tutulmuş hərbi əməliyyatı müstəqil şəkildə həyata keçirmək səlahiyyətləri verilir.
Hazırda qüvvədə olan qanuna görə isə Azərbaycanın sülhməramlıları yalnız mühafizə xidməti yerinə yetirir. Dəyişiklikdən sonra Azərbaycan sülhməramlıları mühafizə xidmətindən döyüş xidmətinə keçəcək.Qanunun bu il Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bu layihənin müəllifləri arasında olduğunu bildirərək, məsələnin tezliklə parlamentdə qaldırılacağını deyib.
Onun sözlərinə görə artıq beynəlxalq missiya, NATO da Azərbaycandan bunu istəyir: "Biz missiyada növbəti dövr üçün müəyyən vəzifələri öz üzərimizə götürmək üçün addım atmalıyıq. Bu isə sülhməramlı qüvvələrimizə sülhün təminatı və birbaşa hərbi əməliyyatlarda iştirak hüququnun verilməsidir. Bu səlahiyyət də Azərbaycanda sülhməramlı qüvvələrə nəzərdə tutulmuş qanuna qanunverici orqan tərəfindən dəyişiklik edilərək verilir. Yəni, Azərbaycan əsgəri hansısa xarici ərazidə hərbi əməliyyatlarda iştirak etmək səlahiyyətini müvafiq qanunla əldə edə bilər. İndiki qanuna görə isə xaricdə xidmət edən əsgərlərimizə yalnız sülhü qorumaq, mühafizə səlahiyyəti verilib".
Deputat onu da bildirib ki, bu məsələ eyni zamanda tərəfdaş ölkələrlə ikitərəfli sənədlərə də daxil ediləcək.
Ekspertlər hesab edir ki, Azərbaycanın belə bir addım atması həm də iki istiqamətdən uğurludur. Birincisi Azərbaycan bununla təcrübəsini artıracaq və qarşıda Dağlıq Qarabağ kimi problemi olan bir ölkə üçün bu çox vacibdir. İkinci bir tərəfdən isə Azərbaycan bununla peşəkar ordu sisteminə keçmiş olacaq. Bu gün Azərbaycan ordusu əsasən həqiqi hərbi xidmətə çağırılanlardan formalaşırsa, peşəkar ordu sisteminə keçiddən sonra orduda müqaviləli hərbiçilərin sayı daha çox artacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00