Növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı dərc olunub.
"Unikal"ın xəbərinə görə, seçkiqabağı təşviqat üçün 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb.
Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.