Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı təsdiqlənib.
"Unikal" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.