Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.