"Mütəmadi olaraq pensiyalar artırılır. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir".
"Unikal" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
"Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir", - deyə DSMF sədri vurğulayıb.