Göygöldə iki minik maşını toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2121" ilə "VAZ-21012" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü Elimxan Şabanov ölüb, 2 nəfər xəsarət alıb.

Tural Əhmədov