Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.