Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.
"Unikal" xəbər verir ki, günün ikinci qarşılaşmasında "Trabzonspor"la "Samsunspor" üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada ilk qolu 2-ci dəqiqədə ev sahiblərinin heyətindən Filip Benkoviç vurub. 45+1-ci dəqiqədə Paul Onuaçu fərqi iki topa çıxardıb. Qonaqların yeganə qoluna 90+5-ci dəqiqədə Taylan Antalyalı imza atıb.
Günün ilk matçında isə "Sivasspor" "Qalatasaray"la 1:1 hesablı heç-heçə edib.
Bu nəticə ilə xalların sayını 36-ya çatdıran "Trabzonspor" 3-cü pillədəki yerini qoruyub. "Samsunspor" isə 18 xalla on yeddincidir.