Lerik rayonunun Pirəsora kəndində ümumi sahəsi 110 m² olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 8 ton ot bağlamasının 1 tonu yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.