Naftalanda ölümlə nəticələnən ağır yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Naftalan şəhəri Qaşaltı kəndi istiqamətində  baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində bir kişi ölüb, daha iki nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov